11 C
Baku
Monday, November 25, 2024

Neo-keynesianizm nədir?

Neo-keynesianizm – müharibə sonrası dövrdə C. M. Keynesin səyi nəticəsində yaranmış makroiqtisadi ideyadır. Bir qrup iqtisadçı Keynesin fikirlərini formalaşdırmaq və onu neoklassik iqtisadi modelləri ilə sintez etməyə cəhd edirlər. Onların işləri “neoklassik sintez” kimi populyarlaşır və onun əsasında neo-keynesianizmin mərkəzi ideyalarını formalaşdıran modellər yaradılır. Neo-keynesianizmin çiçəklənməsi isə 1950, 60,70-ci illərdə baş tutur.

Neo-keynesianizmin əsas tərəfdarları Roy Harrod, N. Kaldor, J. Robinson, E. Domar, A. Hansen idi.

Neo-keynesianizm 50-ci illərin I yarısında kapitalizmin ümumi böhranı, elmi-texniki inqilab, iki dünyəvi sistemin iqtisadi yarışı və müstəmləkə siyasətinin iflası fonunda yaranmışdı.

Neo-keynesianizm də keynesianizm kimi əsas diqqəti konkret iqtisadi kəmiyyət asılılığına yönəldir. Elmi-texniki inqilab şərtlərində neo-keynesianizm keynesianizmə xas olan burjua cəmiyyətinin məhsuldar qüvvələrində dəyişikliklərin abstraklaşdırılmasından imtina etməyə və öz təhlilinə texnikanın inkişafı göstəricilərini tətbiq etməlidir.

Bununla yanaşı, neo-keynesianizm texniki proses növləri barədə sualları ön plana çəkir. Cərəyan texniki prosesi bir yandan iqtisadiyyatdan canlı əməyə doğru aparan amil, bir yandan isə istehsal vasitələrində nəticəsi olan əməyin maliyyəsini təmin edir.

Keynes nəzəriyyəsini tamamlayaraq neo-keynesianizm sürətləndirici nəzəriyyəni irəli sürmüşdür. Hər iki nəzəriyyənin birləşməsi əsasında neo-keynesianizm yenidən istehsalın genişlənməsinə sosial-iqtisadi deyil, texniki-iqtisadi proses kimi yanaşır. Bu zaman neo-keynesianizm tərəfdarları tərəfindən yenidən istehsalın genişləndirilməsi ilə bağlı xüsusi formullar işlənib hazırlanır.

Son xəbərlər
Digər xəbərlər