“Ford” şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun proqram təminatında aşkarlanan nasazlıq səbəbindən təxminən 1,4 milyon “F-150” model avtomobilini geri çağırmaq qərarı verib.
Bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Bildirilib ki, proqram təminatındakı problem hərəkət zamanı avtomobilin gözlənilmədən ikinci sürətə keçməsinə səbəb ola bilər. Bu isə nəqliyyat vasitəsinə nəzarətin itirilməsi və qəza ehtimalının artması ilə nəticələnə bilər.






