23 C
Baku
Friday, September 20, 2024

Dövlət büdcəsindən 670 milyon  manat kompensasiya məbləği ödəniləcək

Azərbaycan vətəndaşlarının devalvasiya nəticəsində artan borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödəniləcəkdir. Birinci devalvasiya tarixinə qalıq borcu 10 min dollaradək olan vətəndaşlar 1 dollar kredit borcuna görə 25 qəpik, ikinci devalvasiya tarixinə qalıq borcu 10 min dollaradək olan vətəndaşlar isə 1 dollar kredit borcuna görə 60 qəpik kompensasiya alacaq.

Banker.az-ın  məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət büdcəsindən ödəniləcək kompensasiyanın məbləğini açıqlayıb.  

“İlkin qiymətləndirmələrə görə, kompensasiya məbləği 670 milyon  manat təşkil edəcəkdir” deyə, Vüsal Qasımli bildirib.

Son xəbərlər
Digər xəbərlər