19 C
Baku
Friday, May 3, 2024

‘Apple’ yeni məhsullarını mart ayının sonunda təqdim edəcək

Apple məhsullarının təqdimatı martın 25-də Kupertino (Kaliforniya) şəhərində, Stiv Jobs teatrında keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin korporativ veb saytında yerləşdirilən məlumatda deyilir.

Tədbir yerli vaxtla saat 10: 00-da başlayacaq (Bakı saatı ilə 21:00). Konkret olaraq hansı məhsulların nümayiş olunacağı barədə məlumat verilmir.

Təqdimat “It’s show time” şüarı altında keçiriləcək. Ekspertlər hesab edirlər ki, bu, təqdim oluna biləcək yeni striming xidmətinə işarə edir.

Yaxın vaxtlarda müzakirə olunan cihazların siyahısı əsasında, yeddinci nəsil iPod touch, ikinci nəsil AirPods qulaqlıqları və AirPower simsiz yükləmə stansiyasının nümayişi gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər