9 C
Baku
Thursday, December 12, 2024

Çinin Sinopec şirkəti IPO-ya hazırlaşır

China Petroleum & Chemical Corp (Sinopec) korporasiyasının prezidenti olan  Ma Yongsheng, Sinopec Sales bölməsinin IPO-ya hazırlaşdığı barədə məlumat verib.

Şirkət fəal şəkildə IPO-ya hazırlaşır, lakin dəqiq vaxt hələ də müəyyən deyil. Çox şey hökumətin razılığı və bazar şərtlərindən asılıdır.

2014-cü ilin fevral ayında Sinopec özəl investorları cəlb etmək üçün neft biznesinin yenidən qurulmasına başlamışdır.

2015-ci ilin mart ayında isə şirkət 25 dənə yerli və xarici sərmayəçiyə 105 milyard yuan (15,6 milyard dollar) dəyərində səhm satıb.

Daha əvvəl şirkətin IPO Sinopec Sales çərçivəsində 10 milyard dolları artırmağı planladığı barədə məlumat yayılmışdır. Lakin son məlumatlara görə, bu hədəf 5-6 milyard dollara qədər azaldılıb.

2018-ci ildə Sinopec şirkətinin təmiz gəliri 22,04% artaraq 62,386 milyard yuana (9,18 milyard dollar) çatıb.

Şirkətin əməliyyat gəliri isə 22,09% artaraq 2,881 trilyon təşkil etmişdir.  

Neft və qaz ixracının həcmi 0,6% artaraq 451,44 milyon barel təşkil edib. Onlardan 288,51 milyon barel neft hasilatının payına düşür.

 

Son xəbərlər
Digər xəbərlər