2 C
Baku
Saturday, December 14, 2024

2020-ci ildən idxal olunan hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər

Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində yenidən baxılacaq.

Bunu  açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu il bu məsələ ilə bağlı hər hansı güzəşt gözlənilmir.

“Növbəti ilin büdcəsində tariflərin, güzəştlərin və hansı mallara rüsumların artırılması məsələsinə baxılacaq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu il yanvarın 1-dən Azərbaycana idxal olunan elektrikli avtomobillərə yalnız 15%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir.

©Report

Son xəbərlər
Digər xəbərlər