25 oktyabr 1941-ci il
Salam, mənim Varyam!
Xeyr, biz səninlə görüşə bilməyəcəyik. Dünən günün ikinci yarısında faşist ordusuna daha bir zərbə vurduq. Faşistlərin hücum atəşi bizim yan müdafiəmizi yardı və daxildə partladı. Mən maşını meşəyə tərəf aparana kimi, Vasiliy həlak oldu. Mənim yaram isə dərindir.
Vasiliy Orlovu ağcaqayın meşəsində dəfn etdim. Ora işıqlı idi. Vasiliy mənə nə isə bir söz, öz gözəl qızlarına isə son vəsiyyətini deməyi çatdırmadan öldü. Və belə üç tankçıdan biri qaldı. Gecə işgəncələrlə keçdi, çoxlu qan itirirəm. İndi isə nəyəsə görə bütün sinəmə yayılan ağrı azalır və ruhum sakitlik tapır. Çox təəssüflər olsun ki, biz hər şeyi edə bilmədik. Lakin biz əlimizdən gələni etdik. Bizim vətəndaşlarımız meşələrimiz və ərazilərimiz üzərində gəzməməli olan düşmənləri qovacaqlar. Varya, əgər sən olmasaydın, mən bu həyatı belə yaşaya bilməzdim. Sən mənə hər zaman kömək etmisən: Xalxin-Qolda və burada. Yəqin bu ona görədir ki, sevən şəxslər digər insanlara qarşı daha mərhəmətli olurlar. Çox sağ ol, əzizim! İnsan qocalır, səma isə sənin gözlərin kimi daim gənc qalır. Onlar heç vaxt qocalmayacaq, onlar ölməyəcəklər.
Zaman keçəcək, insanlar yaraları sarıyacaq, yeni şəhərlər, bağlar salacaq. Başqa bir həyat başlayacaq, başqa nəğmələr oxunacaq. Lakin bizim nəğməmizi heç zaman unutma. Sənin gözəl övladların olacaq, sən hələ sevəcəksən. Mən isə xoşbəxtəm. Xoşbəxtəm ki, sənə olan dahi sevgim ilə dünyadan gedirəm.