2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstanın yeni prezidenti əlifba dəyişikliyinə münasibət bildirib

“Qazax dilinin latın əlifbasına keçidi mənəvi müasirləşmənin mühüm mərhələsi olacaq”. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

Bu barədə “Sputnik Kazakıstan” məlumat yayıb.

“Əlifbanın seçimi təkcə yazı seçimi deyil. Qonşu ölkələr də latın qrafikasına seçiblər, dünyada informasiyaların 90 faizi latın əlifbası ilə dərc olunur. Kim ki, daha çox informasiyaya sahibdi onda elm və texnologiya inkişaf edir. Qazax dilinin latın əlifbasına keçid mənəvi müasirləşmənin əsas mərhələlərindən biridir”, – deyə yeni dövlət başçısı bildirib.

O əlavə edib ki, artıq bir sıra ictimai təşkilatlar və şirkətlər öz işlərində latın qrafikasından istifadə edirlər.

Qeyd edək ki, Qazax dilinin latın əlifbasına keçidi barədə müzakirələr 2007-ci ildə, sabiq prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə başlanıb. Latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib. Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsi planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər