Dünya bazarlarında neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:10 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.11$ yəni, 0,18% bahalaşaraq 62.35$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.03$, yəni, 0.04% ucuzlaşaraq 69.32$-a təklif olunub.