Azərbaycanda fiziki şəxslər üçün milli valyuta manatda depozitlərin faiz dərəcəsi 1 mart 2019-cu il tarixinə 10%, kreditlər üçün isə 17,35% təşkil edib.
Banker.az bu barədə, AMB-dən əldə etdiyi məlumata istinad edir.
Depozitlərin faiz dərəcəsi 0,06% bəndi, kreditlərdə isə 0,01% bəndi artıb. Bununlada fiziki şəxlərə aid kredit-depozit marja fərqi banklar üçün 7,35% olub.
Ötən ilin müvafiq dövründə isə fiziki şəxlərə verilən və onlardan cəlb olunan vəsaitlər üzrə marja fərqi 5,43% idi. Bu göstərici 2016-cı ilin avqust ayındakı kredit-depozit marja fərqinə qədər gəlib çıxması deməkdir. Həmin tarixdə bu fərq 7,87% idi.
Qeyd edək ki, bu illər ərzindən milli valyutada depozit-kredit fərqinin ən az müşahidə olunduğu ay 2017-ci ilin iyun ayıdır. Həmin ayda 4,29%-ə yaxın idi. Bu tarixdə fiziki şəxslərdən cəlb olunan depozitlərə 11,64% ödəniş dərəcəsi, verilən kreditlərə isə 15.93% faiz dərəcəsi tətbiq olunurdu.
Xarici valyutada isə fiziki şəxslər üçün depozitin faizi 2,64%, kreditlərin faizləri isə 11,77% təşkil edib ki, burada da marja fərqi 11,77%-dir.