9 C
Baku
Thursday, December 12, 2024

Çində ən yaxşı brend kimi  “Choco Pie” seçilib

Cənubi Koreyanın “Orion” şirkətinin istehsal etdiyi “Choco Pie” məhsulları, “Chine Brand Power Index 2019” reytinqində birinci yer tutub. Bu haqda şirkətin nümayəndələrinə istinadən Maeil Business Newspaper xəbər verir.

Onların fikrincə, şirkət dörd ildir ki,  1000 xaldan 654 xal qazanır.

Chine Brand Power Index – Çində satılan 17 800 ədəd məhsul haqda istehlakçıların loyallığını, istəklərini və məlumatlılığını qiymətləndirən milli reytinqdir.

“Biz bir daha təsdiq etdik ki, “biskvit” sözünü dedikdə Çin istehlakçılarının ağlına gələn ilk şey Choco Pie-dır. Ona görə də biz Cənubi Koreyanın ən yaxşı brendinin nüfuzunu gücləndirməyi təklif edəcəyik”, – şirkət nümayəndələri bildiriblər.

Son xəbərlər
Digər xəbərlər