10 C
Baku
Thursday, December 12, 2024

“Naxçıvanbank” ASC I rüb-də kiçilib

“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci rübünü 1,117 mln manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə Bankın 1 aprel 2019-cu il maliyyə hesabatına istinad edir.

 2019-cu ilin Yanvar-Mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 2 milyon 229 min manat, cəmi xərcləri 1 milyon 58 min manat təşkil edib. Gəlirləri xərcləri üstələdiyindən Bankın 1 milyon 143 min manat əməliyyat mənfəəti yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına isə 25,41 min manat ayrılıb.

“Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il 191,95 mln manat təşkil edib ki, bu da ötən ilin son rübüylə müqayisədə 2,3 % azalma deməkdir. Aktivlərin 677,3 mln manatını isə müştərilərə verilən kreditlər təşkil edib. Belə ki, ötən ilin müvafiq dövrüylə müqayisədə bu ilin ilk rübündə bankın kredit portfeli 4,4 % artıb.

Bankın cəmi öhdəlikləri 5% azalaraq 112,6 mln manat, cəmi kapitalı isə 1,5% artaraq 793,4 mln manat olub.

Qeyd edək ki, “Naxçıvanbank” ASC-nin nizamnamə kapitalı 67 830 000 manatdır.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər