13 C
Baku
Friday, November 22, 2024

Kirayə yoxsa ipoteka krediti?

Artıq hər gün buna daha da əmin oluruq ki, istədiyimiz mənzilə sahib olmaq günümüzdə ən aktual problemlərdən birinə çevrilib.  Bəzən isə mənzil almağa imkanı olmayanların tək çıxış yolları kirayə evə tutmaqdır.

Sizin üçün kirayə evdə yaşamağın və ya ipoteka krediti götürməyin hansının daha əlverişli olduğunu bilmək üçün aşağıdakıları oxuya bilərsiniz:

Kirə aylıq ödəniş tələb edir və bu ödəniş 200-250 AZN hesab etsək (Ailə üçün minimal göstərici nəzərə alsaq), ipoteka krediti üçün 318 AZN sizə çox görsənə bilər, ama nəzərə ala bilərsiniz ki o ev nəticədə sizin olacaq.

Kirədə yaşayarkən əhalinin çoxu müqavilə bağlamır, bu səbəbdən ev sahibi evin qiymətini istədiyi vaxt min bahənə ilə artıra bilər, ama sizin ödəcəyiniz ipoteka krediti məbləği annuitet ödəniş olduğuna görə, yəni hər ay bərabər ödəniş etdiyinizə görə dəyişməyəcək.

Kirəyə ev tutarkən çoxumuz müqavilə tələb etmirik, nəticədə evdən nə vaxt bizi “ata biləcəklərinidə” bilmirik, yəni ev yiyəsi əgər bizdən daha çox pul verən kimsə tapsa bahənə ilə bizdən evdən çıxmağı tələb edə bilər, ancaq ipoteka krediti ödəyərkən siz əslində ödədiyiniz hər məbləğdə evə daha çox sahib olursunuz.

Kirəyə evdə nəyi isə təmir etmək əlverişsizdi, çünki nəticədə başqasının evi üçün pul xərcliyirsiz, ama ipoteka ilə aldığınız evdə təmir işləri görürsünüzsə onda siz öz evinizi təmir etmiş olursunuz və s.

Bu aspektlərdən düşündükdə əgər ilkin ödəniş məbləğini ödəyə bilirsinizsə, o zaman ən optimal variant ipoteka kreditidir.

AIF-u və ya Bank hesabına ipoteka krediti götürməyin üstünlüyü nədir?

Azərbaycan İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsi AMB tərəfindən seçilmiş müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir. Yəni nəticədə həm dövlət- İpoteka fondu hesabına ayrılmış ipoteka kreditlərinə, həm də ayrıca bank hesabına ayrılmış ipoteka kreditlərinə əhali tərəfdən kifayət qədər maraq yüksəkdir. Ancaq burda bir neçə məqam var.

Bank hesabına ipoteka kreditinə ehtiyac adətən dövlət hesabına verilən kreditin bitdiyi və ya ona çoxlu növbə olduğu vaxt aktuallaşır.

Belə ki, İpoteka fondu hesabına ayrılmış bu kreditlərin faiz dərəcəsi 8%, güzəştli 4% olduğu halda, özəl banklarda faiz təxminən 10-20 % arası dəyişir.

İpoteka fondu ilə alınan kreditlərdə müddət 25-30 il olduğu halda, özəl banklarda həmin müddət daha azdır, məsələn 10 il.

Maxsimal məbləğ İpoteka fondu ilə alınan kreditlərdə 50 000 AZN olduğu halda, özəl bankda 100 000 AZN ola bilər.

İlkin ödəniş tələblər də fərqlidir, məsələn İpoteka fondu ilə alınan kreditlərdə 15-20% olduğu halda, özəl banklarda həmin faiz daha çox 20-35% arası dəyişir.

İpoteka krediti bank hesabına verildikdə müştəridən 1-3% komisyon haqqı tutulur, İpoteka fondu ilə alınan ipoteka kreditində isə proqram şərtlərinə əsasən borcun rəsmiləşdirilməsinə görə komissiya borcun məbləğinin 0,1%-dən artıq olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.