23 C
Baku
Saturday, October 5, 2024

Azərbaycanda 7 bankın payı olduğu qurum hesabat verəcək

İyunun 3-də, saat 09:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

Yığıncaq paytaxtdakı hotellərdən birində olacaq. Bu barədə məlumat Report Agentliyi ilkin olaraq yayır.

Yığıncağın gündəliyinə birjanın 2018-cı ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Hazırda BFB-nin səhmdarları bunlardır: 

– 4,7619% – Azərbaycan Beynəlxalq Banki
– 4,7619% – Azər-Türk Bank
– 4,7619% – Bank Of Baku
– 4,7619% – Brokdil-Az Şirkəti
– 4,7619% – Caspian Financial Şirkəti
– 4,7619% – Dəmir İnvestisiya Şirkəti
– 4,7619% – Global Menkul Değerler Şirkəti (Türkiyə)
– 4,7619% – Invest-Az İnvestisiya Şirkəti
– 4,7619% – İstanbul Fond Birjasi (Türkiyə)
– 4,7619% – Kapital Bank
– 4,7619% – Kapital Menecment İnvestisiya Şirkəti
– 4,7619% – Kapital Partners Şirkəti
– 4,7619% – Mars Investments Şirkəti
– 4,7619% – Mövcud Səhmdarlarindan Biri
– 4,7619% – Respublika İnvest Şirkəti
– 4,7619% – Unicapital İnvestisiya Şirkəti
– 4,7619% – Xalq Kapital İnvestisiya Şirkəti
– 4,7619% – Yapi Kredi Bank Azərbaycan
– 4,7619% – Yunayted Kredit Bank
– 9,5238% – Azərbaycan Sənaye Banki

Son xəbərlər
Digər xəbərlər