25 C
Baku
Tuesday, July 22, 2025

Tayvan “6G” şəbəkəsi sahəsində tədqiqatlar aparır

“B5G (beyond 5G)” və “6G” tədqiqat layihələrinin fəal axtarışında olan Tayvanın Elm və Texnologiyalar Nazirliyi 2030-cu ilədək yeni texnologiyalara tələbatı ödəmək niyyətindədir.

“Nazirlik az enerji sərf edən və az istilikverən istehlak qurğuları üçün mikrosxemlərin və “mmWave” çoxdiapazonlu antenaların inteqrasiyası üçün texnologiyaların hazırlanmasına prioritet diqqət yetirir.

Bundan başqa, kiçik “B5G” baza stansiyaları üçün genişzolaqlı məlumat ötürmə və qəbul sistemi, mobil qurğular üçün radiotezlik qəbuledicilərinin hazırlanması, eləcə də siqnalın modullaşdırılması texnologiyaları və çoxməqsədli antenalar xüsusi əhəmiyyət kəsb edir.

Nazirliyi maraqlandıran elmi tədqiqatlar kimi terahers tezlikli diapazonda rabitə üçün fiziki arxitektor, alqoritm və komponentlərin hazırlanması qeyd olunur.

“6G” sahəsində tədqiqat layihələri qarşısında qoyulan əsas məqsədlərə məlumatların bir istifadəçi üçün 10-100 Qbit/saniyə sürətində ötürülməsinə nail olmaq, eləcə də eyni zamanda olan 100-1000 müstəqil modullaşdırılmış şüanın formalaşdırılması daxildir.

©İctnews

Son xəbərlər
Digər xəbərlər