12 C
Baku
Wednesday, December 11, 2024

Nazirliyin tabeliyində olan qurum ləğv edilib

Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi və 2011-ci il 6 dekabr tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli qərarı ilə yaradılmış Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib.

Gənclər və İdman, Ədliyyə, Maliyyə nazirliklərinə və Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 13-cü hissəsi ləğv olunub.

Son xəbərlər
Digər xəbərlər