Azərbaycan hökuməti 2027-cı il üçün əsas kapitala kapital qoyuluşlarının 2,4 % səviyyəsində artacağını proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Proqnozlara görə, 2026-2029-cu illərdə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşlarının orta illik artımı 2,2 % təşkil edəcək.
Xatırladaq ki, statistik məlumatlara əsasən, 2026-cı ilin yanvar-avqust aylarında iqtisadiyyata kapital qoyuluşlarının nominal həcmi 12 milyard 677,8 milyon manat təşkil edib. Kapital qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artıb.







