«PAŞA Həyat Sığorta” şirkəti nizamnamə kapitalının həcmini 40,250 mln. manata çatdırıb
«PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi əlavə emissiyanın yerləşdirilməsi prosesi uğurla başa çatdırılıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, «PAŞA Həyat Sığorta» ASC-nin ümumi sayı 7 000 ədəd olan adi adlı sənədsiz səhmlərinin hər birinin nominal dəyəri 3 600 manatdan 5 750 manatadək artırılıb. Bununla da, Şirkətin nizamnamə kapitalı 59,7% artırılaraq 40,250 mln. manata çatdırlıb.