6 C
Baku
Sunday, December 15, 2024

Hakerlər 40 milyon dollardan çox bitkoin oğurlayıblar

Hakerlər dünyanın ən iri birjalarından biri olan “Binance”-dan 40 milyon dollardan çox məbləğdə bitkoin oğurlayıblar.

Bu barədə şirkət çərşənbə axşamı bildirib.

Hakerlər həmçinin “Binance” uçot hesabına giriş üçün lazım olan iki-faktorlu autentifikasiya kodları kimi istifadəçilər barədə bəzi məlumatları əldə edə biliblər.

Şirkət bildirib ki, kriptovalyuta məntəqəsi oğurlanmış bitkoinini bir pul qabına kimi izləyə bilib.

“Binance”-ın bəyanatında deyilir ki, hakerlərin gözləməyə və bir neçə müstəqil hesab vasitəsilə ən münasib vaxtda yaxşı hesablanmış işi görməyə səbri çatıb.

“Tranzaksiya elə qurulub ki, bütün mövcud təhlükəsizlik sistemlərindən keçib”, – deyə şirkətdən bildirilir.  

Oğurluq onların sözlərinə görə, ümumi bitkoin sayından üzərinə təxminən 2% pay düşən şirkətin “isti pul qabı” adlanan kriptovalyuta saxlanmasının rəqəmsal vasitəsinə görə baş verib. “İsti pul qabı” rəqəmsal sikkələri avtonom rejimdə saxlayan “soyuq” deyil, İnternetə qoşulan variantdır. Beləlikə, depozitlər və “Binance”–ın platformasından vəsait çıxarılmasına dayandırılacaq, lakin hərraca icazə olacaq.

Qeyd edək ki, oğurluq təzəlikcə bitkoində gedən canlanmaya görə olub. Son həftə ərzində rəqəmsal sikkənin dəyəri 9% artıb.

©İnsider

Son xəbərlər
Digər xəbərlər