13-17 may tarixləri ərzində elan edilmiş “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə birgə Rabitəbank startaplar üçün açıq qapı elan edir.
Startaplar üçün Açıq Qapı Günlərinin təşkil olunmasında əsas məqsəd startaplar tərəfindən bankların maliyyə texnologiyaları ilə əlaqədar həllərə olan tələblərinin öyrənilməsi və bununla əlaqədar öz ideyalarını banklara təqdim etmələrini təmin etmək üçün platforma formalaşdırmaqdır.
Eyni zamanda bu layihə çərçivəsində startapların öz ideyalarını maliyyə cəlbi üçün görməli olduqları işlər və biznes planlarında edilməsi məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.
İlk müstəqil banklardan biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.