Tax payer – hüquqi və ya fiziki şəxsin üzərinə qanuna əsasən qoyulan vergi öhdəliyi nəzərdə tutulur. Ümumiyyətlə öhdəlik qoyulmasa belə, istənilən halda biz vergi ödəyicisi sayılırıq. Adi bir mağazadan mal alanda belə, biz aldığımız malın üstündəki vergini ödəyirik. Bizə xidmət göstərildikdə, onun qarşılığında belə vergi ödəyirik. Əgər vergi ödəyiriksə, artıq vergi ödəyicisi sayılırıq. Dünya təcrübəsində isə, uşaq anadan olduqda artıq vergi ödəyicisi sayılır. Azərbaycanda olan Vergi Məcəlləsinin 13.2.4. maddəsinə əsasən vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Yəni əgər şəxs VM qeyd olunduğu tələblərə uyğun gəlirsə o halda, vergi ödəyicisi sayılır. Fərq etmir həmin fərd vergi uçotunda durub-durmayıb, VÖEN-i var ya yox.
Ödənilən vergilər isə, ölkənin qüdrətlənməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına xərclənir.
İqtisadçı-ekspert Rauf Qarayev