«Expert RA Europe» reytinq agentliyi Azərbaycan milli və xarici valyutada “BB +” ) (hökumətin ödəmə qabiliyyətinin kifayət qədər səviyyəsi) suveren kredit reytinqini verib.
Agentliyin saytında verilən məlumatda qeyd olunur ki, reytinqlər üzrə proqnoz – “sabit”dir.
“Azərbaycana verilən kredit reytinqləri güclü fiskal mövqe səbəbindən ödəmə qabiliyyətinin kifayət qədər səviyyəsini təsdiq edirlər. Həmçinin, neftin qiymətinin əlverişli olması ticarət balansını mühüm dərəcədə yaxşılaşdırıb və yerli valyutanın məzənnəsini sabitləşdirib”, – məlumatda vurğulanır.
Proqnozun “sabit” olması o deməkdir ki, ortamüddətli perspektivdə reytinqin saxlanılması ehtimalı yüksəkdir.
Agentliyin qiymətləndirmələrinə əsasən, reytinqi dəstəkləyən amil ARDNF-də $40 mlrd. məbləğində və ya ölkənin ÜDM-in 88%-ni təşkil edən 88% səviyyəsində aktivlər var, bu da maliyyə buferini kifayət dərəcədə təmin edir.
Məlumatda qeyd olunur ki, Azərbaycan üzrə növbəti reytinqin dərc olunması 8 noyabr 2019-cu il tarixinə planlaşdırılır.
©İnterfaks-Azərbaycan