Ukrayna prezidenti parlamenti buraxdığını elan etdi

Vəzifəsinin icrasına başlamış Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti vaxtından əvvəl buraxdığını elan edib. Bu barədə o, parlamentdə çıxışı zamanı deyib.

“Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladmir Zelenskinin inauqurasiya mərasimi keçirilib.

Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər