Avstriya Konstitusiya məhkəməsinin sədri Brigitte Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər nazirlər kabinetinə başçılıq edəcək. O, ölkə tarixində ilk kansler qadın olub.
“Kronen Zeitung” qəzetinə istinadən, Avstriyanın federal Prezidenti Aleksander Van der Bellen mayın 30-da bu barədə müvafiq sərəncam verib.
Xatırladaq ki, mayın 28-də Avstriya prezidenti parlamentin etimadsızlıq votumundan sonra Sebastyan Kurtsun rəhbərlik etdiyi hökuməti istefaya göndərib. İstefaya göndərilən nazirlər yeni hökumət formalaşana qədər vəzifələrini icra edəcək. Lakin Kurts bundan imtina edib. Buna görə də növbəti iki gün ərzində kansler funksiyalarını vitse-kansler Hartviq Lqeqr yerinə yetirib.
Azərtac