10 C
Baku
Wednesday, December 11, 2024

“Nissan”ı 23 milyon dollar cərimə gözləyir

“Nissan” 23 milyon dollar cərimələnə bilər. Bu şirkətin, keçmiş rəhbər Karlos Qonun maliyyə fırıldaqlarına imkan verməsi ilə bağlıdır.

Bu haqda “Kyodo” iyunun 26-da yazıb.

Maliyyə bazarında sazişlərə nəzarət edən Yapon kommissiyası hesab edir ki, Qon özünün şəxsi uğursuz investisiyalarından 1,7 milyard yeni (təxminən 15 milyon dollar) Nissana ötürə bilər.

Alyansın -Renault–Nissan–Mitsubishi sabiq rəhbəri bir neçə məsələdə mənimsəmə və “Nissan” vasitələrindən qanunsuz istifadədə ittiham edilir.

Qon birinci dəfə 2018-ci ilin noyabrın 19-da, Yapon maliyyə qanunvericiliyini pozmasında şübhəli bilinərək həbs edilib. İdiaya görə, 2010-cu ildən 2018-ci ilə qədər “Nissan” şirkətinin idarə heyətinin sədri olaraq 9 milyard yen (80 milyondan çox) mükafatının həcmini düzgün elan etməyib. İstintaq, həmçinin elan edib ki, o şəxsi zərərlərini korporasiyaya ötürüb. Qon, həmçinin “Renault” prezident fondundan 3,25 milyon dollar mənimsəməkdə ittiham edilir.

Sabiq rəhbər, Qon isə bütün bu ittihamları rədd edir.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər