Prezident İlham Əliyev Ayaz Nəriman oğlu Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Sərəncam 15 sentyabr 2026-cı ildə imzalanıb.
Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
Əsgərov 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
O, Prezidentin 19 may 2016-cı il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Beləliklə, Ayaz Əsgərov bu vəzifədə 10 ildən artıq çalışıb.
Ayaz Əsgərov Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır. Ailəlidir, üç övladı var.







