9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin səlahiyyətlərinə dair dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidenti ötən gün Maliyyə Monitorinqi Xidmətinin (MMX) Nizamnaməsində dəyişikliklə bağlı fərman imzalayıb.

Banker.az xəbər verir ki, Fərmana görə, 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 4.6-cı bəndinin üçüncü cümləsində “ən azı ikisi” sözləri “yarıdan çoxu” sözləri ilə əvəz edilib.

Xatırladaq ki, həmin bənddə “İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.”

Xatırladaq ki, MMX-nin idarə edilməsi orqani İdarə Heyəti sayılır və səlahiyyət müddəti 5 ildir.

Son xəbərlər
Digər xəbərlər