8 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın qanunvericiləri Libra kriptovalyutasının buraxılmasını dayandırmağı tələb edirlər

ABŞ səlahiyyətliləri “Facebook” şirkətinə təzyiq göstərməyi davam edirlər. Konqresin üzvləri şirkətə məktub göndərərək, Libra kriptovalyutasının buraxılmasını dayandırmağı tələb ediblər.

Banker.az xəbər verir ki, ABŞ-ın Demokratik Partiyasını təmsil edən Maxine Waters və digər siyasətçilər əsas səbəb kimi kibertəhlükəsizlik, milli təhlükəsizlik və qlobal maliyyə bazarları ilə bağlı olan mövcud riskləri öyrənmək istəyinin olmasını göstərirlər.

Qanunvericilərin fikrincə, “Facebook” un geniş auditoriyasını (2 mlrd. istifadəçi) nəzərə alsaq, Libra kriptovalyutasının dövriyyəyə buraxılması kifayət qədər təhlükəlidir. Müəlliflərə görə, yeni ödəmə sistemi dolların əsas rəqibinə çevrilərək, ABŞ-ın pul siyasətinin effektivliyini azaldacaq.

“Bu, bir çox problemlərə gətirib çıxara bilər. Bunlara məxfilik, treydinq, milli təhlükəsizlik və pul siyasəti kimi sahələr aiddir”, – məktubda deyilir.

Əsas dəlili kimi konqresmenlər ötən ildə kriptovalyuta birjasında fırıldaqçılar tərəfindən 1 milyard dolların oğurlanmasını misal çəkirlər.

Xatırladaq ki, Libra kriptovalyutasının 2020-ci ildən sonra buraxılması planlaşdırılıb. Bu layihə bank və digər maliyyə təşkilatlarının xidmətlərindən istifadə etməyən insanlar üçün çevik və təhlükəsiz tranzaksiya əməliyyatlarını həyata keçirmək imkanını yaradır.

“Facebook” un bu planı həm Amerika, həm də Avropa qanunvericilərinin diqqətini çəkib. Fransanın iqtisadiyyat və maliyyə naziri olan Bruno Le Maire-nin fikrincə, Libra “müstəqil valyutaya çevrilməli deyil”.  “Bu, baş verə bilməz və baş verməli deyil”, – deyə nazir qeyd edir. Avropa Parlamentinin milli deputatı Markus Feber eyni fikri ifadə edib.

Beynəlxalq Hesablaşmalar Bankı – milli banklar üçün mərkəzi bank funksiyasını yerinə yetirən təşkilat, – Libra kriptovalyutasının bank sektoru üçün təhlükə olduğunu vurğulayıb.

“Facebook”, “Google” və “Amazon” kimi böyük şirkətlər dominant mövqedə olmağa çalışırlar, onların istifadəçi bazaları kifayət qədər genişdir və bu, iqtisadiyyatın sabitliyi, məlumatların qorunması üçün əsas təhlükədir”, – təşkilat əlavə edir.

“Facebook” sosial şəbəkəsinin təsisçilərindən biri olan Chris Hughes hesab edir ki, Libra kriptovalyutasının meydana gəlməsi ilə pul-kredit siyasəti üzərindəki nəzarət mərkəzi banklardan özəl şirkətlərin əlinə keçəcəkdir. Onun fikrincə, stabil valyuta bir çox ölkələr üçün sərfəli olacaq.

 

 

 

Son xəbərlər
Digər xəbərlər