20 C
Baku
Friday, May 3, 2024

“Huawei” ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, gəlirini 23% artırıb

Çinin iri telekommunikasiya şirkəti olan “Huawei” ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq gəlirini ötən ilə müqayisədə 23% artırıb.

“Haberler” xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, 2019-cu ilin birinci yarısında “Huawei”in gəliri 401.3 milyard yuan (təxminən 58 milyard 300 milyon dollar) təşkil edib.

Məlumat üçün bildirək ki, dünyanın ən böyük smartfon bazarı Çinə məxsusdur. “Huawei”in isə bu bazardakı payı 38 faizdir.

Şirkət, ötən il “Apple”ı geridə qoyaraq “Samsung”dan sonra dünyada ikinci böyük smartfon istehsalçısı adını qazanıb.

©Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər