7 C
Baku
Thursday, December 12, 2024

Tramp Venesuela hökumətinin ABŞ-dakı aktivlərini blok edib

ABŞ prezidenti Donald Tramp, Venesuela hökumətinin əmlakına sanksiyaların tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb. Venesuelanın ABŞ-dakı aktivləri ölkədən xaric edilə bilməz.

Banker.az xəbər verir ki, “Onlar bloklanıb və köçürülə, ölkədən xaric edilə və ya başqa hər hansısa şəkildə çıxarıla bilməzlər”, – Reuters agentliyi məlumat verir.

May ayında ABŞ-ın Ticarət Nazirliyi, Venesuelanı ABŞ məhsullarını, o cümlədən ikili istifadə mallarını idxal edən və milli təhlükəsizliyə təhlükə yaradan ölkələrin qrupuna daxil edib.

İlin əvvəlində ABŞ, Venesuela Prezidenti Nikolas Maduronu vəzifəsindən getməyə məcbur etmək üçün, milli neft şirkəti olan PDVSA-ya qarşı sanksiyalar tətbiq etmişdir.

2018-ci ilin sonunda ABŞ Venesuela, Kuba və Nikaraquaya qarşı sanksiyalar tətbiq etmişdir. Vaşinqton bu ölkələri “zülm troykası” adlandıraraq, onların antidemokratik rejimlərinə qarşı mübarizə aparacağına söz verib.

Xatırladaq ki, 23 yanvar tarixində Venesuela müxalifət lideri Juan Guaido özünü prezidentin vəzifələrini icra edən şəxs kimi təqdim edib. ABŞ və Latın Amerikasının bir sıra ölkələri onu tanıyıb.

 

Son xəbərlər
Digər xəbərlər