“Azersun Holding”in şəkər istehsalçısı “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin şəkər ixracından əldə etdiyi gəlir 2026-cı ilin ilk altı ayında 71,7 milyon dollara yüksəlib.
Banker.az xəbər verir ki, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövründə 20,8 milyon dollar təşkil edib. Beləliklə, ixrac gəlirləri illik müqayisədə 244,7% və ya 3,4 dəfə artıb.
Bu arada Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkəyə 113,7 min ton ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza ixrac edilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 285,3% artıb. İxracındəyəri isə 71,9 milyon dollar olub və illik 242,1% yüksəlib.
İxracın böyük hissəsi Özbəkistan və Türkmənistanın payına düşüb. Özbəkistandan 58,7 min ton, Türkmənistandan 29,5 min ton şəkər gətirilib. Əfqanıstan 12,6 min ton, Qırğızıstan 7,6 min ton, Tacikistan isə 4,7 min tonla digər əsas tədarükçülər olub.
2025-ci ilin ilk altı ayında Azərbaycana ümumilikdə 29,5 min ton şəkər ixrac edilmişdi. Həmin dövrdə əsas tədarükçü Türkmənistan olub və ölkədən 16,3 min ton şəkər gətirilib. Özbəkistanın ixracı isə 9,8 min ton təşkil edib.
2026-cı ilin ilk yarısında Azərbaycanın şəkər istehsalı 221,5 min ton olmaqla illik 35,1% artıb.







