“Goldman Sachs” hesab edir ki, Vaşinqton və Pekin arasında ticarət razılaşması ABŞ-da 2020-ci il prezident seçkilərindən sonra baş tutacaqdır.
Banker.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Bank ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini daha iki dəfə azaldacağını proqnoz edir. Bunun əsas səbəbi kimi isə ticarət siyasəti və müqaviləsiz Brexit məsələsi ilə bağlı olan risklərin artmasını göstərir.
Vesti.Ekonomika-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp, sentyabrın 1-dən etibarən Çindən idxal olunan bütün mallara 10%-lik gömrük rüsumunu tətbiq etmək niyyətində olduğunu bildirib. Prezident qeyd edir ki, gələcəkdə bu rüsumlar 25%-ə qədər artırıla bilər.
Goldman Sachs bankının baş iqtisadçısı olan Jan Hatzius bildirir ki, bu addım ticarət müharibəsinin tənzimlənməsi şansını minimuma endirir.
Bu həftə ABŞ-ın Maliyyə Nazirliyi, Çini valyuta manipulyasiyalarında ittiham edib. Bunun əsas səbəbi isə yuanın 7 sollardan aşağı olan qiymətə düşməsi olmuşdur. Maliyyə Nazirliyinin qərarı valyuta müharibəsinə gətirib çıxara bilər.
Hatzius-un fikrincə, sentyabrda və oktyabrda FED faiz dərəcəsini bir daha aşağı salacaqdır. Mütəxəssisin fikrincə, bunun baş vermə ehtimalı müvafiq olaraq 75% və 50% təşkil edir.
“FED ticarət müharibəsi ilə əlaqədar olaraq yaranmış təhlükələrə daha çox reaksiya verməyə başlayıb”.