Yaponiyanın NEC korporasiyası sərnişinləri daşıyan pilotsuz uçuş aparatının prototipini sınaqdan keçirib.
“Bloomberg” xəbər verir ki, “uçan avtomobil” bir qədər hündürlüyə qalxıb, havada təqribən bir dəqiqə qaldıqdan sonra yerə enib.
Qeyd edilir ki, Yaponiya əhalisi sıx olan ölkə olduğuna görə uçan avtomobillər yollarda tıxac problemini xeyli aradan qaldıra bilər.