1 C
Baku
Saturday, December 14, 2024

Milyonluq müqavilələri udan şirkət ləğv olunduğunu elan edib

Azərbaycanda “Trans-Siqnal-Rabitə” MMC ləğv olunduğunu elan edib.

Banker.az şirkətin elanına istinad edərək xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.

Qeyd edək ki,  “Trans-Siqnal-Rabitə” MMC “Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastruktur nəhəngi “Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb. Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin – Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu. Bu sövdələşməyə əsasən, “Trans-Siqnal-Rabitə”-nin payı 44 milyon manat idi.

Bildirək ki, Füzuli rayonunda sadə fermer həyatı yaşayan Elxan Əliyev milyonlarla manat gəliri olan bu şirkətin sahibidir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər