1 C
Baku
Saturday, December 14, 2024

“Türk Hava Yolları”nın xalis mənfəəti 3 dəfədən çox azalıb

Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib. 

Report agentliyi xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) yerləşdirilmiş hesabatda bildirilir. 

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% və yaxud 3,3 dəfə azdır. 

Hesabat dövründə aviaşirkətin ümumi gəlirləri isə 35% artaraq 17,5 milyard lirəyə (5,424 milyard manat) çatıb. 

Son xəbərlər
Digər xəbərlər