Məlum olduğu kimi, Mi Mix markalı məhsulları satmaq hüququ “Xiaomi” yə deyil, başqa bir şirkətə məxsusdur.
Uzun müddət ərzində “Xiaomi” Mi Mix markası uğrunda mübarizə aparsa da, uğurlu nəticə əldə edə bilməmişdir. Yəni, “Xiaomi” Mi Mix smartfonlarını istehsal edə bilməyəcəkdir.
Əvvəllər də Mi Mix xəttinin bağlanması ilə bağlı söz-söhbət olub. Lakin bu, istehsalçının Mi Mix smartfonlardan imtina etməsi demək deyil.
Onlar satışa buraxılacaq, amma çox güman ki, fərqli ad altında. Şirkət özü bu məlumatı hələ şərh etməyib.