Məşhur italyan biznesmeni və milyonçusu olan Flavio Briatore-nin sərvəti 150 milyon ABŞ dolları təşkil edir. O, Formula-1 yarışları sayəsində tanınmışdır, keçmişdə Reno şöbəsinin rəhbəri olub.
Universitetdə təhsilini başa vurduqdan sonra bir müddət Alp dağlarında instruktor kimi işləyib, daha sonra isə Tribula adında restoran açıb. Həyatının növbəti mərhələsində Flavio restoran maqnatı Attilio Dutto ilə tanış olur və onunla əməkdaşlıq etməyə başlayır. Attilio Dutto öldürüldükdən sonra, Briatore Milana köçür və birja oyunçusuna çevrilir. Burada sahibkar Luciano Benetton ilə tanış olur.
2001-ci ildə Renault konserni və Benetton ailəsi Benetton komandasını satmaq qərarına gəlir və Flavio Briatore yenidən komandanın rəhbəri vəzifəsini tutur.
- Mən heç vaxt əyləncəni və ya işimi üstün tutmamışam – hər şey özü özünə alınırdı. Siz o anı özünüz hiss etməlisiniz: danışıqlar keçirmək, yoxsa bir qədəh şampan içmək. Nə edirsinizsə, bunun bir hissəsi olmalısınız. Sizin dəqiq məqsədiniz olmalıdır, özünüzdən əmin olmalısınız.
- Bəxt normal bir şeydir, çalışın bu normanı hər zaman qoruyub saxlaya biləsiniz. Bir sözlə, işləmək lazımdır. Mən bəxtə inanmıram və heç vaxt lotereya biletləri almamışam. Həyatdan mükafatlar gözləməyin. Bəxt – müəyyən addımların nəticəsidir. Bir şey də var – qismət. Əgər bəxt insanın özündən asılıdırsa, qismətə sadəcə hazır olmaq lazımdır və bu da asan deyil.
- Mən 60-cı illərin axırlarında böyümüşəm, həmin dövrdə azadlıq, inqilab və digər bu kimi şeylər dəbdə idi. Lakin mən sadəcə işləyirdim, çünki təhsil haqqını ödəməli idim. Mən qətiyyən inqilabçı deyiləm – işləməyi, əylənməyi üstün tuturam. Bu baxımdan tipik italyan düşüncə tərzim var.
- “Sərvət” sözünü sevmirəm, çünki o, heç nə demək deyil. Həyatın keyfiyyəti puldan asılı olmaya da bilər. Mən daha da varlı olmaq istəmirəm – həyat bir dənədir və onun keyfiyyətini artırmaq lazımdır. Bəzən qəbiristanlıqda gəzirəm, adlara baxıram və düşünürəm: bu insanlar heç görüşməyiblər, şübhəsiz ki, onlar vacib bir şeyi əldən veriblər.
- Etdiyim hər bir şeydə yalnız bir məqsədi güdürəm – yeni həyat tərzi tapmaq.
- Həyatım boyu cəmi iki dahi ilə ünsiyyətdə olmuşam. Onlardan biri Luciano Benetton, digəri isə Bernie Ecclestone-dir.
- Levi’s və ya Billionaire firmalarının cins şalvarlarını sevirəm. Belə isə markalar arasında fərq qoymuram, Zara da geyinə bilərəm.
- Əylənməyi sevirəm və bunu heç vaxt gizlətməmişəm. Əylənməyi də bacarmaq lazımdır 😊 .Buna baxmayaraq, mən hər zaman işə ciddi yanaşmışam, tanıdığım zəngin insanlar arasında bir dənə də olsun tənbəl yoxdur.
- Mənim 29 yaşım var. Hər halda ruhum bu rəqəm üzərində dayanıb. Mənə zaman maraqlı deyil. Kimsə 18, kimsə 40, kimsə isə 80 yaşında dünyasını dəyişir. Elə etmək lazımdır ki, bəxtin gətirsin və mümkün qədər çox yaşayasan.
- Mən özümü özüm qurmuşam, heç kim mənə bu işdə kömək etməyib. Əslində, əvvəllər insanların imkanları daha geniş idi. Əgər ağlın var idisə, bu dünyada yaxşı mövqe tuta bilirdin. İndi isə savadlı tələbələrin hamısı gedib ofisiant işləyirlər.