Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin tikilən yaşayış kompleksi üçün bir sıra satınlama müqavilələri bağlayıb.
Banker.az-ın xəbərinə görə, MİDA yaşayış kompleksi üçün 2977 ədəd kombinin (24 kw) alınıb quraşdırılması üçün “İnteqral” MMC ilə 2 259 717.45 mln. manatlıq müqavilə imzalayıb. Təqribən hər bir kompinin dəyəri 760 manata başa gələcək.