“Beverage Services” MMC ləğv olunur.
Banker.az xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ0115, Abşeron rayonu, Hökməli ŞTQ rayonu, Bakı-Şamaxı şossesi, ev 15 ünvanına bildirə bilərlər.
Şirkətin nizamnamə kapitalı 13 milyon 157 min manat təşkil edir və qanuni təmsilçisi Azər Vahabzadə Adil oğludur. O həm də 283 450 255 nizamnamə kapitalı olan “Milla Dairy” MMC-nin direktorudur.







