27 C
Baku
Sunday, April 28, 2024

Almaniya Azərbaycanın 9 iqlim qurşağına uyğun bal ixrac edəcək

“Almaniya Azərbaycanın 9 iqlim qurşağına uyğun bal ixrac etmək istəyir”.

Bunu  Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, Almaniyadan gələn iş adamları Azərbaycanda 9 tip iqlim balı adlı marka yaradılması istiqamətində iş aparır: “Azərbaycan 9 iqlim qurşağında yerləşdiyinə görə, hər iqlim qurşağına uyğun 9 tip bal ixrac etmək istəyirlər. Bu istiqamatdə danışıqlar davam edir”.

B.Həsrətov qeyd edib ki, Avropa ölkələri Azərbaycandan heyvan mənşəli qidaların idxalına qadağa qoyub: “Bu məhdudiyyət aradan götürülən kimi biz Avropaya bal ixrac edə biləcəyik. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş keçirmişik. Biz AQTA-dan Avropa ölkələri ilə Azərbaycandan heyvan mənşəli qidaların idxalına məhdudiyyətin aradan qaldırılması üçün danışıqlar aparmalarını xahiş etmişik”.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər