2019-cu ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2,4% – 8 mlrd. 580 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eyni zamanda, iyulda əhalinin bank əmanətləri cari ilin iyun ayının sonuna olan göstərici ilə müqayisədə 1,8% və ya 156,3 mln. manat azalıb.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,6% – 4 mlrd. 435,4 mln. manatadək və ya bütün əmanətlərin 56,3%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).
2019-cu ilin yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 19,2% – 3 mlrd. 744,7 mln. manatadək (bütün əmanətlərin 43,7%-i) artıb.
31 iyul 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 mlrd. 97 mln. manat, qeyri-rezidentlərin – 482,1 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 6,4% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 36,9% azalıb.
Ümumilikdə, avqustun 1-nə banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 383,9 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 2,3% çoxdur.
©İnterfaks-Azərbaycan