10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda problemli kreditlər bir il ərzində 17%-dək azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 487,4 milyon manat təşkil edib ki, bu  da iyulun 1-i ilə müqayisədə 0,1% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2%, son bir ildə isə 16,5% azalıb.

İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub. Bu göstərici iyunun sonuna 11%, ötən ilin sonuna 12,2%, ötən il iyulun sonuna isə 14,6% təşkil edib.

Bankların iqtisadiyyata cəmi kredit qoyuluşları bu il avqustun 1-nə 13 681,4 milyon manat təşkil edib. Bu, iyunun sonuna nisbətən 1,5%, ötən ilin sonuna 5,1%, ötən il iyulun sonuna nisbətən isə 12,4% çoxdur.

Son xəbərlər
Digər xəbərlər