İran sərhədçiləri Fars körfəzində qaçaq yanacaq daşımaqda şübhəli bilinən gəmini saxlayıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, gəmidə 250 min litr qaçaq dizel yanacağı olub.
Gəmidə olan 11 nəfər həbs edilib.
Qeyd edək ki, sentyabrın 7-də Fars körfəzində İran daha bir xarici gəmini saxlayıb. Saxlanılan gəminin üzvləri Filippin vətəndaşları olub. 12 üzvü olan gəmidən 283 900 litr qaçaq yanacaq müsadirə olunub.