Rusiyanın paytaxtı Moskva şəhərindəki “Şeremetyeva” aeroportunun “E” terminalında azərbaycanlının 3 milyon 300 min dollar pulu oğurlanıb.
Yeddi nəfər OMON forması geyinmiş maskalı şəxslər özəl inkassator şirkətinin mühafizəçilərinə hecum ediblər. Həmin şəxslər içi dolu olan pulla dolu iki sumkanı mühafizəçilərin əlindən alaraq onların əllərini plastik qandallı bağlayaraq hadisə yerindən “Cadillak” markalı maşınla uzaqlaşıblar.
İnkassator firmasının Dubay reysi ilə Moskvaya enmiş Azərbaycan vətəndaşından 3 milyon 300 min dolları aldığı deyilir.
ANS PRESS