Dövlət Gömrük Komitəsində Katiblik yaradılıb.
Banker.az Fed.az-a istinadən xəbər verir ki, komitə sədri Səfər Mehdiyev yeni qurumun yaradılması və fəaliyyəti barədə əsasnaməni təsdiqləyib.
Katibliyin fəaliyyət istiqamətləri ənənəvidir – Komitə sədrinə ünvanlanan müraciət və sənədləri, həmçinin korrespondensiyaları qəbul etmək, Kollegiya iclaslarının keçirilməsini təşkil etmək, protokol xidmətini həyata keçirmək, Komitə sədri tərəfindən vətəndaşların qəbulunu təşkil etmək və sair.
Katibliyin strukturuna Protokol şöbəsi və Sənədlərlə iş şöbəsi daxildir.
Katibliyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Katibliyin rəisi rəhbərlik edir.