14 C
Baku
Monday, November 17, 2025

Christine Lagarde: “Ticarət müharibəsi qlobal iqtisadiyyat üçün ən böyük təhlükədir”

Avropa Mərkəzi Bankının sədri vəzifəsini tutmağa hazırlaşan Christine Lagarde ABŞ və Çin arasındakı ticarət müharibəsini qlobal iqtisadiyyat üçün ən böyük təhlükə hesab edir.

Banker.az xəbər verir ki, 2011-ci ildə Beynəlxalq Valyuta Fonduna rəhbərlik edən və noyabrın 1-də Avropa Bankının sədri vəzifəsini tutmağa hazırlaşan Christian Lagarde, ABŞ və Çin arasındakı qarşılıqlı tariflərin 2020-ci ildə qlobal iqtisadi artımın 0,8% azaldacağını söyləyib.

“Bu çox böyük rəqəmdir, – deyə Lagarde CNBC-yə verdiyi müsahibədə bildirib. – Bu daha çox iş yeri deməkdir. Daha az biznes, daha az investisiya. Bu, dünya iqtisadiyyatına qara bulud kimi təzyiq göstərir”.

“Düşünürəm ki, ticarət hal-hazırda dünya iqtisadiyyatı üçün ən böyük maneədir”.

“Bu nə qədər çox davam etsə, qeyri-müəyyənlik də bir o qədər çox artacaq. Və əgər siz investor və ya kiçik (orta və ya böyük) müəssisəsinizsə, investisiya qoymayacaqsınız, gözləyəcəksiniz”.

Xatırladaq ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi artıq bir ildir davam edir.

Fitch Ratings agentliyi avqust ayında qeyd edib ki, 2018-ci ilin ortalarından bəri dünyanın 20 ölkəsində iqtisadi artımın yavaşlaması nəzərə çarpır. Bunun əsas səbəbi kimi isə ticarət müharibəsi göstərilir.

Vesti.Ekonomika-nın daha əvvəl ABŞ-ın maliyyə naziri Steven Mnuchin, bazar ertəsi günü ABŞ-ın ticarət nümayəndəsi Robert Lighthizer ilə Çinin baş nazirinin müavini Liu He-nin iki həftədən sonra danışıqları baş tutacaq.

 

Son xəbərlər
Digər xəbərlər