24 C
Baku
Sunday, September 29, 2024

Mərkəzi Bankın rəsmi internet səhifəsində interaktiv sorğu platforması istifadəyə verildi

7 may 2014, Bakı: Mərkəzi Bankın rəsmi internet səhifəsinin funksional və texniki imkanlarının daha da genişləndirilməsi və məzmununun daim zənginləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Bu xüsusda, səhifədə azərbaycan və ingilis dillərində yeni sorğu platforması istifadəyə verilmişdir. Bu xüsusi səhifə geniş ictimaiyyətə, institusional çevrələrə Mərkəzi Bankın fəaliyyəti ilə bağlı ünvanlanan müxtəlif mövzularda sorğuların interaktiv rejimdə keçirilməsinə imkan verəcəkdir.

Bu sorğular Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə dair rəy və münasibətlərin daha ətraflı öyrənilməsinə, eyni zamanda cəmiyyətin maliyyə savadlılığının yüksəlməsinə xidmət göstərməklə Bankın missiyasının daha səmərəli həyata keçirilməsinə kömək edəcəkdir.

İlkin olaraq sorğu platformasında Mərkəzi Bankın funksional məsələlərinə dair suallar təqdim olunur.

Mərkəzi Bank rəsmi internet səhifənin bütün ziyarətçilərini bu sorğularda fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər