6 C
Baku
Sunday, December 15, 2024

“ABŞ Azərbaycana 10 mlrd, Azərbaycan isə ABŞ-a $8 mlrd-dan çox investisiya qoyub”

ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub”. 

Report agentliyi xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda deyib. 

Nazir bildirib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoyub: “250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak edib”.

Son xəbərlər
Digər xəbərlər