10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan əhalisinin banklardakı əmanətləri 1 ildə 6%-dən çox artıb

Bu ilin sentyabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 561,8 mln. manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 18,2 mln. manat və ya 0,2% azalıb.

Cari ilin əvvəlinə nisbətən bu göstərici 186,4 mln. manat və ya 2,2%, son bir ildə isə 512,3 mln. manat və ya 6,4% artıb.

Son xəbərlər
Digər xəbərlər