7 C
Baku
Thursday, December 12, 2024

Putin öz doğum günündə özünün və baş nazirin maaşını artırdı

Rusiyanın yüksək vəzifəli şəxslərinin əmək haqqı 4,3% artırılıb.

Banker.az xəbər verir ki, Prezident Vladimir Putinin 481 nömrəli fərmanında prezidentin, baş nazir müavinlərinin, nazirlərin, FSB, FSO, Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərinin, Təhlükəsizlik Şurasının katibinin, Mərkəzi Seçki Komissiyasının rəhbərinin və digər vəzifəli şəxslərin maaşı artırılıb.

Qeyd edək ki, qərar oktyabrın 7-də qüvvəyə minib, bu isə Rusiya Prezidentinin doğum günüdür. 2018-ci ildə Putinin aylıq əmək haqqı 720 000 rubl və ya 18 842 AZN təşkil edib. Əmək haqqının 4,3% artdığını nəzərə alsaq, 2019-cu ildə bu rəqəmin 19 627 AZN təşkil edəcəyini söyləyə bilərik.

 

 

Son xəbərlər
Digər xəbərlər